EN

Futbol üzrə dünya çempionunun diskvalifikasiya müddəti azaldılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Futbol üzrə 2018-ci il dünya çempionatının qalibi olan Pol Poqbanın cəzası 18 aya endirilib.
Oxu.Az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, bununla da yarımmüdafiəçi 2025-ci ilin martında yaşıl meydanlara qayıda biləcək.
Qeyd edək ki, Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi. 2023-cü il sentyabrın 11-də, A Seriyasının I turunda "Udineze" ilə matçdan sonra Poqbanın dopinq testi müsbət nəticələnib. Onda testosteronun səviyyəsi yüksək olub.
Chosen
16
1
oxu.az

10Sources