EN

Bakı-Quba yolunda baş verən qəzada ölən ikinci şəxsin kimliyi AÇIQLANDI

Bakı-Quba yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölən ikinci şəxsin kimliyi məlum olub.

APA xəbər verir ki, ölən qadın 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadədir.

Xatırladaq ki, Yaşma qəsəbəsində "BMW X5" markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və 1992-ci il təvvəllüdlü Türkanə Rafiq qızı Şükürzadə ölüb.

Qəza nəticəsində 2 nəfərin də yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.

Chosen
8
6
demokrat.az

10Sources