EN

Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB-2

Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən qadının kimliyi məlum olub.

“Far.Az”un yerli bürosu məlumat verir ki, ölən qadın 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadədir.

Qeyd edək ki, ötən gün Yaşma qəsəbəsində BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadə ölüb.

Qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbi araşdırılır.

00:25

Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

“Far.Az”un yerli bürosu məlumat verir ki, Yaşma qəsəbəsində BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və daha bir nəfər (qadın, şəxsiyyəti dəqiqləşdirilir - red) ölüb.

Qeyd edək ki, qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbi araşdırılır.

23:35

Xızı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Far.Az”un yerli bürosunun məlumatına görə, hadisə rayonun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb (şəxsiyyəti müəyyənləşdirilir - red), daha 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbi araşdırılır.

Chosen
2
4
far.az

10Sources