EN

Bakı-Quba yolunda “BMW X5” aşdı - 2 nəfər öldü

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Yaşma qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəfil sürücünün idarəetməsindən çıxan “BMW X5” markalı avtomobil yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü və bir sərnişini vəfat edib. 2 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Chosen
22
8
qafqazinfo.az

9Sources