EN

Azərbaycan Qazaxıstanda uçuşların təhlükəsizliyinə dair seminarda iştirak edib

Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) uçuşların təhlükəsizliyi və davamlı inkişaf məsələlərinə həsr olunmuş regional seminarı keçirilib.

QAZÌLER.AZ  AZƏRTAC-a istinadla xəbər verir ki, seminarda aviasiya idarələrindən 70-dən çox mütəxəssis, eləcə də yeddi ölkə - Azərbaycan, Gürcüstan, Qırğızıstan, Moldova, Monqolustan, Özbəkistan və Qazaxıstandan olan aviaşirkətlər, hava limanları, aeronaviqasiya xidmətləri göstərən və yanacaq tədarükçülərinin uçuş təhlükəsizliyi və davamlı inkişaf üzrə ekspertləri iştirak ediblər.

Seminar aviasiya sənayesində uçuşların təhlükəsizliyi, yerüstü xidmət və davamlı inkişaf sahələrində ən son tendensiyaları və qabaqcıl təcrübəni müzakirə etmək üçün unikal imkan yaradıb.

Tədbir Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsi və Aviasiya Administrasiyası tərəfindən təşkil olunub.

Chosen
2
2
qaziler.az

3Sources