EN

Uqanda ordusunun komandanı ABŞ səfirini... hədələyib

Uqanda silahlı qüvvələrinin komandanı Muhoozi Kainerugaba Amerika səfiri Uilyam Poppu Prezidentə hörmətsizlik və qeyri-diplomatik davranışa görə ölkədən qovulacağı ilə hədələyib.

“İki sahil” xəbər verir ki,  bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb. “Əgər ABŞ-ın hazırkı səfiri bazar ertəsi səhərə qədər Prezident Yoveri Musevenidən ölkəmizdəki qeyri-diplomatik davranışına görə şəxsən üzr istəməsə, biz ondan Uqandanı tərk etməsini tələb edəcəyik”, - deyə o vurğulayıb. Hərbçi qeyd edib ki, Uqanda hakimiyyəti ilə səfir arasında münaqişə onun ölkə Prezidentinə hörmətsizliyi səbəbindən baş verib.

Bununla yanaşı, komandir amerikalı diplomatın dövlət başçısına necə hörmətsizlik etdiyini dəqiq izah etməyib. O, həmçinin Poppun “qeyri-diplomatik” davranışının təfərrüatlarını açıqlamayıb.

Chosen
2
4
ikisahil.az

5Sources