EN

Mustafa Sandal Bakıda - VİDEO/FOTO

Türkiyənin məşhur pop ulduzu Mustafa Sandal Bakıya gəlib.   Manset.azxəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında məlumat yayıb. Paytaxtı gəzib dolaşan Sandal yolunu İçərişəhər və Qoşa Qaladan salıb. Mustafa Qız Qalasının önündə küçə musiqiçinin “Hanq” adlı musiqi alətində ifasını lentə alaraq “Bakıdan musiqi dolu sevgilərlə” qısa şərhini yazaraq, izləyiciləri ilə bölüşüb. Sənətçinin şəhərimizə gəlməsinin səbəbi toyda çıxış etməsi olub. Dəbdəbəli restoranlardan birində keçirilən məclisdə Mustafa hit və sevilən mahnılarını səsləndirərək ailə quran cütlüyü və qonaqları əyləndirib. Sözügedən gecədə Mustafa Sandal ilə yanaşı, Xalq artisti Alim Qasımov, Aygün Kazımova və Əməkdar artist Xəyyam Nisanov da iştirak ediblər. Toyda iştirak edən qonaqlar çəkilən görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

 

Chosen
24
18
manset.az

10Sources