EN

Taleh Qaraşovu öldürmək istəyənin işi məhkəmədə

Azərbaycanda terror aktları planlaşdırmaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. 

İş üzrə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və xarici ölkə vətəndaşı zərərçəkmiş qismində tanınıb. İşə Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib. 

Lakin o, DTX tərəfindən görülən tədbirlər nəticəsində cinayət əməllərini yekunlaşdıra bilməyib.

"Cebheinfo.az"

Chosen
1
4
cebheinfo.az

2Sources