Edinson Kavani “Boka Xuniors”la müqaviləni uzadıb.
İdman.biz xəbər verir ki, bunu Argentina klubunun mətbuat xidməti açıqlayıb.
37 yaşlı uruqvaylı hücumçu daha iki il “Boka Xuniors”un formasını geyinəcək. Onun anlaşması 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Kavani Argentina çempionatının cari mövsümündə 19 oyunda 9 qol vurub.
İdman.biz