EN

“Qarabağ” Lüksemburq klubu ilə üz-üzə

Qadın həndbolçulardan ibarət “Qarabağ” avrokubok mövsümünə start verir.

İdman.biz xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 2-ci mərhələsinin hər iki oyununu Bakıda keçirəcək.

“Qarabağ” Lüksemburqun “Differdanj” klubu ilə üz-üzə gələcək. Bugünkü görüşdə təmsilçimiz meydan sahibi olacaq.

Qeyd edək ki, cavab oyunu sabah keçiriləcək.

Avropa kuboku
2-ci mərhələ, ilk oyun
5 oktyabr
14:45. “Qarabağ” (Azərbaycan) – “Differdanj” (Lüksemburq)
Hakimlər:
Svetoslav Yovçev, Zvezdalin Yonçev (hər ikisi Bolqarıstan)
Bakı. AHF Arena

İdman.biz

Chosen
18
idman.biz

1Sources