EN

Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın şəxsin məşğulluğu təmin edilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azadolunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərləgörüş olub.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyindən məlumat verilib.

Qeyd edilib ki, görüşdə əmək və əhalinin sosial müdafiəsinazirinin müavini Anar Əliyev Böyük Qayıdışa dair DövlətProqramının icrası çərçivəsində Nazirliyin tabeliyində DövlətMəşğulluq Agentliyinin işğaldan azad edilmiş ərazilərimizdə həyatakeçirdiyi aktiv məşğulluq proqramları barədə məlumat verib.

Həmin ərazilərə köçürülən sakinlərdən artıq 2800-dək şəxsinməşğulluğunun təmin edildiyi, o cümlədən 117 nəfər üçünözünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatlarınınqurulduğu qeyd olunub.

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq tədbirləri iləəhatə olunmasında, həmçinin onlar üçün peşə hazırlığı kurslarınıntəşkilində işəgötürənlərlə fəal və davamlı əməkdaşlığın həyatakeçirildiyi vurğulanıb.

Eləcə də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərənişəgötürənlər üçün tətbiq olunan güzəştlərdən bəhs olunub.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə məşğulluq tədbirlərinintəşkili istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirəedilib.

Chosen
24
11
az.trend.az

10Sources