EN

Burak Özçivitin çəkildiyi rus filminin tizeri təqdim edildi

Türkiyənin məşhur aktyoru Burak Özçivitin rol aldığı Rusiya istehsalı olan “Yolki 11” adlı filminin tizeri təqdim edilib.

OLAY yazır ki, ekran işinin treyleri Sankt-Peterburq Məzmun Forumunda (rus kino sənayesi üçün ən böyük tədbirlərdən biri) “Yolki 11” filminin treyleri nümayiş etdirilib. 

Bildirilib ki, B.Özçivitlə yanaşı rusiyanın məşhur aktyorlarının iştirakı ilə ərsəyə gələn ekran əsəri 19 dekabr 2024-cü ildə kinoteatrlarda nümayiş olunacaq.

Qeyd edək ki, “Yolki” uğurlu Rusiya franşizasıdır, ümumi baxışları 250 milyonu ötüb. İlk filmin premyerası hələ 2010-cu ildə baş tutub. 

Chosen
12
olay.az

1Sources