EN

Müəllimlər Günü Qaradağda da qeyd olundu

Oktyabrın 5-də Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.  

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyətinin məsul işçiləri, məktəb direktorları və müəllimlər iştirak edib.

RİH başçısı Süleyman Mikayılov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edərək onlara əmək fəaliyyətində uğurlar arzulayıb.

O qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, dövlət başçımızın bu sahəyə olan böyük diqqətinin bariz nümunəsidir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

S. Mikayılov çıxışını  “Bizim tərbiyə etdiyimiz şagirdlər Vətən Müharibəsində qəhrəmanlıq göstərərək torpaqlarımızı düşmən tapdağından azad ediblər. Vətən Müharibəsinə könüllü gedən onlarla müəllimlərimiz şəhid, qazi oldular” cümlələri ilə tamamlayıb.

Tədbir zamanı çıxış edən müəllimlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımların atıldığını, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə marağın əhəmiyyətli şəkildə artdığını, onlar arasında sağlam rəqabət və motivasiyanın gücləndiyini, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəldiyini qeyd ediblər.  

Tədbirin sonunda pedoqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara və “5 Oktyabr - Beynəlxalq müəllimlər günü” münasibəti ilə rayonda fəaliyyət göstərən müəllimlər Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli hədiyyə ilə təltif ediliblər.

Chosen
12
1
qafqazinfo.az

2Sources