EN

Cəbrayıl şəhərində alkoqolsuz içki məhsulları istehsalı kompleksində 300 nəfər çalışacaq

Bakı. Trend:

Cəbrayıl şəhərində qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə,limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcəyimüəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyonalüminium tənəkə qutu təşkil edəcək.

Trend xəbərverir ki, bunu jurnalistlərə açıqlamasında "Azərsun Holding”innümayəndəsi Yalçın Xəlilov deyib.

Onun sözlərinə görə, kompleksdə birinci mərhələdə qazlı vəqazsız su, ikinci mərhələdə limonadlar, soyuq çay, soyuq qəhvə vətəbii meyvə şirələrinin istehsalı nəzərdə tutulub.

"Kompleks ölkəmizdən valyuta axınının qarşısının alınmasınatöhfə verəcək. Kompleksdə alternativ enerji üsullarının istifadəsi,parklanmada elektromobillərdən istifadə, tullantıların minimumaşağı səviyyəyə endirilməsi təmin olunacaq. Tam istehsal gücü iləfəaliyyətə başladıqdan sonra kompleksdə Prezident İlham Əliyevtərəfindən imzalanan “Azərbaycan Respublikasının işğaldan azadedilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”çərçivəsində Cəbrayıl şəhərinə qayıdacaq 300-ə yaxın sakinin işlətəmin edilməsi nəzərdə tutulur. Kompleksimizin ilkin mərhələdəistifadəyə verilməsi üçün 35 milyon manat investisiya nəzərdətutulub", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevoktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holding” MMC-ninalkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməliniqoyub.

Məqalədə:
Chosen
14
1
az.trend.az

2Sources