EN

İsrail ordusu Livanın bu ərazisində yaşayanları təcili təxliyəyə çağırdı

İsrailin Müdafiə Ordusu Beyrutun cənub ətrafındakı Burc-əl-Barajne bölgəsindəki bəzi evlərin sakinlərini ərazidə Hizbullah hərəkatının obyektlərinin yerləşdiyi üçün dərhal tərk etməyə çağırıb.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avihay Adri sosial şəbəkədəki səhifəsində yazıb.

"Cənubda şəhərətrafı sakinlər, xüsusən də Burj-əl Barajne rayonundakı xəritədə göstərilən binada olanlar üçün təcili xəbərdarlıq. Siz "Hizbullah"ın obyektlərinə yaxınsınız. Özünüzün və yaxınlarınızın təhlükəsizliyi üçün dərhal bu binadan, ona bitişik evlərdən evakuasiya etməli və onlardan ən azı 500 metr məsafədə olmalısınız", - paylaşımda deyilir.

Qeyd edək ki, hər belə xəbərdarlıqdan sonra İsrail ordusu göstərilən ərazini raket atəşinə tutur.

Chosen
5
10
korrespondent.az

10Sources