EN

“ABŞ kongresmenlərinin beynəlxalq hüquqa zidd davranışları qərəzli və qəbuledilməzdir”.

Son günlər ABŞ siyasi rəsmilərinin fəaliyyətlərində və davranışlarında ölkəmiz əleyhinə geniş miqyaslı qərəzli  kampaniyaya start verilməsi bu ölkənin siyasi dairələrinin öz məkrli maraqları naminə Azərbaycanın iradəsinə təsir göstərmək, onun bölgədəki aparıcı roluna kölgə salmaq məqsədindən irəli gəlir. Oktyabrın 3-də ABŞ-da 10 senator və Nümayəndələr Palatasının 48 üzvü üzvü Konqresin Ermənistanla iş üzrə komitəsinin həmsədri Frenk Fallon və senator Ed Murkinin dövlət katibi Entoni Blinkenə ünvanladıqları məktuba qoşularaq Ermənistanın revanşist niyyətlərinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd tələbin ABŞ hökumətinin diqqətində olmasının vacibliyini bəayn edir və ABŞ-ni Azərbaycana sanksiyalar tətbiq etməyə çağırıblar.

Bunun ardınca ertəsi gün daha bir ABŞ konqresmeni Adam Şiff tərəfindən “2024-cü il Artsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsinin müzakirəyə təqdim edilməsi destruktiv fəaliyyətlə müşayiət olunan qərəzli qarayaxma kampaniyasının tərkib hissəsi kimi dəyərləndirilməlidir. ABŞ Konqresində Azərbaycana qarşı formalaşan qəbuledilməz mövqe, həmçinin Ermənistandakı revanşistlərə maliyyə yardımı ayrılması barədə  təşəbbüslər  Ermənistanı müdafiə edən, regionda yeni münaqişə yaratmağa xidmət edən çağırışlara açıq-aşkar dəstəyin ifadəsidir. Müraciət müəlliflərinin ermənilərin sifarişi ilə tərtib etdikləri bu qanun layihəsi etnik və dini simpatiyadan irəli doğan ayrı-seçkilik xarakteri daşıyır.

ABŞ siyasi dairələrinin ölkəmizə qarşı qərəzli mövqeyini sübut edən digər məqam onunla bağlıdır ki, müraciət məhz Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) ev sahibliyi ərəfəsində ortaya çıxıb. Belə ki, fəaliyyət istiqaməti fərqli olan tədbirdən sui-istifadə edərək, profilə uyğun olmayan məsələləri qabartmağa çalışmaq absurd və şantaj xarakterlidir. Görünən isə odur ki, bunun arxasında isə beynəlxalq erməni mafiyasının çirkli pulları dayanır. Təsadüfi deyil ki, məktubu şərh edən “Hay Dat” terror təşkilatının Vaşinqton ofisinin icraçı direktoru Aram Hambaryan açıqlayıb ki, Qarabağın soyqırım və etnik təmizlənməsinə görə, Azərbaycan məsuliyyət daşımalıdır.

Məsələnin daha bir səciyyəsi isə məlum proseslər bilavasitə ABŞ-nin dövlət strukturlarının iştirakı ilə gündəmə gəlir. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad olunduğu günün dördüncü ildönümündə yerli sakinlərlə görüşündə bu məsələni xüsusi vurğulyaıb: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz”.  Dövlət başçısı daha sonra əlavə edib: “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.

Burada daha bir məqama diqqət yetirilməsi vacibdir. Sonuncu dəfə Entoni Blinken ilə Prezident İlham Əliyev arasında sentyabrın 16-da telefon söhbəti zamnı tərəflər regional və ikitərəfli əməkdaşlıq, o cümlədən Azərbaycanın beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməsinin vacibliyini müzakirə ediblər. Qarşılıqlı etimad şəraitində və pozitiv məcrada keçən bu söhbətdən sonra kongresmenlərin əsası olmayan və beynəlxalq hüquqa zidd tələblərlə Azərbaycanı təhdid etmələri heç də anlaşılan deyil və xoşagəlməz məramlardan xəbər verir.

Bir milyondan çox azərbaycanlının etnik təmizləməyə, Xocalıda soyqırımına məruz qalmasına və 30 ildən artıq bir müddət ərzində onların geri qayıtmaq hüququndan məhrum edilməsinə göz yuman, işğal dövründə Azərbaycan iqtisadiyyatına vurulmuş yüz milyardlardlarla ölçülən zərəri görməzdən gələn,   Ermənistanın yerləşdirdiyi minaların günahsız mülki insanları öldürməsinə və şikəst etməsinə biganə qalan konqresmenlərin ikili standartlar əsasında davam edən mövqe nümayişidir.

Azərbaycan isə bütün bunlara baxmayaraq hər zaman özünün sülh təşəbbüslərini qorumaqda davam edir, humanist dəyərlərə sədaqət nümunələrini ortaya qoyur. Məlum olduğu kimi, ötən il Dubayda keçirilən COP28 iqlim konfransında BMT tədbiri üçün Azərbaycanın ev sahibliyini qəbul etməsi ilə bağlı Ermənistan iki tərəf arasında əldə olunmuş razılaşmaya əsasən bu qərara etiraz etmədiyini rəsmi şəkildə bəyan etmişdi. Bakı İrəvanın bu hərəkətinə cavab olaraq onlarla erməni əsiri azad etmişdi.

Biz, bu məktubla Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində yerləşən öz evlərimizdən məcburi köçkün düşmüş əhali olaraq, “2024-cü il Artsax Gəlirlərinin Bərpası Aktı” təşəbbüsünüzü pisləyirik.

sabitliyə, insanların iztirab çəkməsinə və ABŞ-ın regional roluna xələl gətirəcək.

Bu baxımdan, seçilmiş nümayəndənin ictimai maraqlara xidmət etmək əvəzinə müəyyən bir lobbi ilə bağlı şəxsi maraqlar naminə belə bir təşəbbüs irəli sürdüyünü görmək utancvericidir. Bütün bunlar ABŞ-ın müdafiə etdiyi ümumbəşəri dəyərlərə və prinsiplərə xələl gətirir.

Biz, Ermənistanın həyata keçirdiyi qeyri-qanuni işğal və etnik təmizləmə nəticəsində həyatımızın çox hissəsini məcburi köçkünlük və məhrumiyyətlər içində keçirmiş insanlar kimi geri qayıtmaq hüququnun çox əhəmiyyətli olduğunu və imperativ mahiyyətini dərk edirik. Bu hüquq etnik və dini mənsubiyyətindən asılı olmayaraq fundamental insan hüquqlarının bir hissəsi hesab edilir.

2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra Azərbaycanın Qarabağ bölgəsinə səfər edən BMT missiyası (komandası) bəyan edib ki, “onlar mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini infrastruktura heç bir ziyan qeydə almayıblar” və “onlar istər yerli əhalidən, istərsə də başqalarından sonuncu atəşkəsdən sonra mülki şəxslərə qarşı zorakılıq halları ilə bağlı hər hansı məlumata rast gəlməyiblər” (//press.un.org/en/2023/db231002.doc.htm).

Erməni lobbi qruplarına istinad edərək, Ermənistan tərəfindən məcburi köçkün edilmiş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna diskriminativ yanaşmanız əxlaqi dəyərlərin təhqir edilməsidir. 750 min azərbaycanlının etnik təmizləməyə, Xocalıda soyqırımına məruz qaldığı və 30 ildən artıq bir müddət ərzində onların geri qayıtmaq hüququndan məhrum edildiyi vaxtda siz tamamilə susdunuz. Ermənistanın yerləşdirdiyi minalar geri qayıtmaq hüququndan istifadə edən günahsız mülki insanları öldürməkdə və şikəst etməkdə davam etdiyi bir vaxtda siz yenə də susursunuz.

Biz Azərbaycan hökumətinə könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququmuzdan istifadə etməyə zəmin yaratdığına, Ermənistanın qanunsuz işğalına son qoyduğuna görə minnətdarıq. Biz inanırıq ki, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa və yenidənqurma işləri müharibənin qalıqlarını aradan qaldıracaq və Ermənistanın qanunsuz işğalı nəticəsində öz yurd-yuvasından didərgin düşmüş bütün insanların firavanlığını təmin edəcəkdir.

Dəyişmək, əxlaqi cəhətdən güclü olmaq, ayrı-seçkiliyə yol verməyən, ədalətli mövqe sərgiləmək heç vaxt gec deyil. Anlayırıq ki, bu, cəsarət və mənəvi güc tələb edir. Ancaq siz şəxsi deyil, ABŞ-ın maraqlarını, Ermənistan və Azərbaycan xalqlarının uzun müddətdir ki, layiq olduğu sülh və rifahı daha üstün tutsanız, bu, tələsik, düşünülməmiş hazırlanan və ayrı-seçkilik xarakteri daşıyan qanun layihəsini ləğv edə bilərsiniz.

Əks halda, indiki yanaşmanız nəinki Ermənistanın və Azərbaycanın sadə vətəndaşlarına fayda verməyəcək, həmçinin mühüm əhəmiyyət kəsb edən regionda ABŞ-ın maraqlarına böyük zərbə vuracaq.

Bununla bir daha biz ABŞ-nin illərdir. Azərbaycana qarşı qərəzli siyasət yürütdüyünün şahidi oluruq. Son zamanlar isə bu fəaliyyət daha da genişlənib. Ölkəmizə qarşı kin və nifrət ritorikasından çıxış edən rəsmi Vaşinqtonun mövqeyinin növbəti dəfə qərəzli olduğu, habelə Azərbaycana yönəlik qarayaxma kampaniyası olduğu açıq şəkildə görünür. 

Bakıda yaxın günlərdə baş tutacaq COP29 tədbirinə kölgə salmaq istəyənlər yenidən fəallaşıb.

Bir sözlə, əvvəllərdə erməni lobbisinin rüşvət və haram pullarına aldanaraq Azərbaycanın haqq səsinə mane olmaq istəyən ABŞ konqresmenləri COP29başlanma tarixi yaxınlaşdıqca daha aqressiv mövqe sərgiləyirlər.
Bu əlbəttəki yeni hal deyil.

Əvvəla, qeyd edək ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi onun ümumbəşəri problemlərin həllinə verdiyi töhfədir. İkincisi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar konvensiyaya tərəf dövlətlərin yekdilliklə dəstəklədiyi qərardır. Konqresmenlərin sözügedən COP29 məsələsindən şantaj vasitəsi kimi istifadə cəhdləri təkcə Azərbaycana deyil, bütövlükdə dünyaya və iqlim dəyişikliyi ilə bağlı beynəlxalq səylərə qarşı yönəlib.

Şantaj xarakterli müraciətin müəlliflərində Azərbaycana qarşı nifrət o qədər güclüdür ki, onlar azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkiliklərini, o cümlədən, bir milyondan artıq azərbaycanlının Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, həmin ərazilərin Ermənistan tərəfindən viran qoyulmasına və minalanmasına biganəliklərini heç gizlətməyə də çalışmayıblar. Müraciətin üslubu və məzmunu onun ABŞ Dövlət Departamentində tərtib edilmiş olmasına şübhə yeri qoymur.

Biz Amerika Birləşmiş Ştatlarından Azərbaycana qarşı şantaj və irqi ayrı-seçkilik siyasətini, eləcə də regionda yeni münaqişə yaratmaq cəhdlərini dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik.

Belə təəssürat yaranır ki, amerikalı “ədalət və demokratiya carçıları” bölgədə yeni reallıqlar yaratmış Azərbaycanın tarixi uğurlarını həzm edə bilmir və sanki bölgədə sülhün bərqərar olmasından əndişələnirlər. Ona görə də kongresmenlərin həm də əxlaqi dəyərlərdən uzaq davranışları nəinki Ermənistanın və Azərbaycanın sadə vətəndaşlarının düşüncələrini əks etdirmir, eyni zamanda mühüm əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda ABŞ-ın özünün də dövlət maraqlarına böyük zərbədir.

 

Əli Hüseynli 

Milli Məclisin deputatı

 

 

Chosen
8
1
modern.az

10Sources