EN

Bakıda avtomobillərdən oğurluq edənlər yaxalanıb

Image

Polis Qaradağ və Nəsimi rayonlarında avtomobillərdən oğurluq edənləri saxlayıb. Bu barədə bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev öz facebook səhifəsində məlumat verib. Məlumatda deyilir ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsi ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən 51 yaşlı R.Səfərov, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində “Mercedes” markalı  avtomobildən planşet oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı V.Pənahov saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.

Mətləb Salahov







Chosen
10
10
baki-xeber.com

10Sources