EN

Bayden "olmaz" dedi, Tramp razılaşdı: "İsrail İranın nüvə obyektlərini vurmalıdır"

"İsrail İranın nüvə obyektlərini vurmalıdır".

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Şimali Karolina ştatında seçicilərlə görüşündə deyib.

 

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden daha əvvəl bəyan etmişdi ki, o, İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirməsini məqsədəuyğun hesab etmir. 

 

Tramp bu fikirlə razılaşmadığını bildirib:

 

“Düşünürəm ki, o [Bayden] səhv edir. Bu, elə vuracağınız hədəf deyilmi? O deməli idi ki, əvvəlcə nüvə obyektlərini vurun və sonra qalan şeylər üçün narahat olun”.

 

Qeyd edək ki, Amerikanın “The New Yorker” jurnalı İsrail Hərbi Hava Qüvvələrinin ABŞ-nin köməyi olmadan İranın nüvə infrastrukturunu məhv edə bilməyəcəyini yazıb. Bu, Tehranın cənubunda yerləşən Fordoda yeraltı uranın zənginləşdirilməsi obyektinə aiddir. Jurnalistlərin fikrincə, bu obyekt ancaq Amerika Hərbi Hava Qüvvələri tərəfindən məhv edilə bilər.


Firuzə Əliyeva
 

Chosen
17
46
sfera.az

10Sources