EN

Mikayıl Cabbarov müəllimləri TƏBRİK edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, "X" platformasında paylaşım edib.

Nazir müəllimlərin ölkənin inkişafında fəal iştirak etdiklərini bildirib:

"Ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsində mühüm rola malik rəqabətqabiliyyətli insan kapitalı innovativ və güclü təhsil sayəsində formalaşır.

Bu baxımdan müəllimlərimiz və təhsil ictimaiyyəti ölkəmizin davamlı inkişafında fəal iştirakçıdırlar.

Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizə təbriklərimizi çatdırır və dəyərli töhfələr üçün təşəkkür edirik".


Bizim.Media

Chosen
2
50
bizim.media

10Sources