EN

"Neftçi"də Qriqorçuk dönəmi bitir, nəşhur məşqçi Bakıdan xəbər gözləyir... VİDEO

“Çox təəssüflər olsun ki, Roman Qriqorçukla bağlı dediklərimizdə haqlı çıxdıq.

İki aydır “qan dəyişikliyi”nin vacibliyini, ukraynalı ilə bu işlərin yürüməyəcəyini deyirik.

Zərərin yarısından dönsən də, kardır. “Neftçi” rəhbərliyinin yaratdığı şəraitin qarşılığı verilmədi.

Son məlumatı deyim: Fatih Terim “Neftçi”dən zəng, təklif gözləyir”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist Roman Qriqorçukun “Neftçi”dən istefaya göndərilməsinin vacibliyini deyib, Fatih Terimlə bağlı eksklüziv xəbəri diqqətə çatdırıb.

Paytaxt təmsilçisi hazırda tarixinin ən bərbad mövsümünü keçirir.

«Ağ-qaralar» Premyer Liqanın geridə qalan 9 turu ərzində qələbə üzünə həsrət qalıb. Aktivində 5 xalı olan bakılılar, turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Qriqorçukun komandası 9-cu tur çərçivəsində digər autsayder “Kəpəz”ə də 3:4 hesabı ilə uduzub.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
26
sportinfo.az

1Sources