EN

Əməkdar artist: “Vayner, blogerlər var ki, özlərini dahi sayırlar”

Azərbaycan komediyasının vəziyyəti heç yaxşı deyil.

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elman Rəfiyev son zamanlar komediya verlişlərinə qarşı edilən tənqidlərlə bağlı saytımıza açıqlamsında deyib.

Onun sözlərinə görə tamaşıçıların etdiyi tənqid tam əsaslıdır

“Komediya çox çətin janrdır. Çox təəsüf ki, təhsili, istedadı olmayanlar bu gün komediyadadırlar. Küçə zarafatlarını efirə gətirmək komediya deyil, nalayiq ifadələr işlətmək komediya deyil. Misal üçün Taleh Yüzbəyovun “Zəhər tuluğu” filmi çox gözəl idi. Həm düşündürdü, həm güldürdü, həm də ağlatdı. Tamaşaçılar bu gün bunu istəyir. Bu gün özünə komediya ustası deyən bəzi vayner, bloger və daha kimlər var ki, özlərini dahi sayırlar, halbuki təhsilləri və bilikləri yoxdur. Peşakarlıq vacibdir, küçə zarafatlarının yeri efir, səhnə deyil. Düzdür, bəziləri deyir başqa ölkələrdə belə zarafatlar normal qəbul olunur, ancaq bizdə məsələ tam başqadır. Mən böyük ustadlardan sənət öyrənmişəm, onların öyrətdikləri numunələrə görə mən heç vaxt sənətdən kənara çıxmıram”.                                                                                                                                                                                                           Əməkdar artist heç vaxt söyüşlü komediyalara çəkilməyəcəyini bildirib:

“Öncə ssenarini oxuyuram, kollektivə baxıram sonra təklifi qəbul edirəm. Başa düşürəm, reytinq də lazımdır, ancaq çərçivəni aşmaq heç düzgün deyil. Heç vaxt küçə zarafatlarına oynamaram. İllər öncə çəkildiyim seraildakı obrazımı  bu gün sosial şəbəkələrdə görürəm. Tamaşaçılar həmin obrazı paylaşırlar, gözəl fikirlər yazırlar. Bu mənim üçün çox xoşdur, elə buna görə də çalışıram ki, yadda qalan, sevilən obrazlarla tamaşaçıların qarşısına çıxım”.

Ağa

Chosen
23
1
news24.az

2Sources