EN

Cəlal Hüseynovun komandası heç-heçə etdi

Futbol üzrə Bolqarıstan çempionatında 11-ci turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” doğma meydanda “Beroe”ni qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Cəlal bu matçın iştirakçısı olmayıb. 21 yaşlı mərkəz müdafiəçisi sonadək ehtiyatda qalıb.

6 turdan sonra 15 xal toplayan “Arda” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
3
1
bizim.media

2Sources