EN

Kadırovun oğlu Rusiyanın Rekordlar Kitabına salındı

 
"Oğlum Adam Kadırovda böyüklərə xas olan şərəf, ləyaqət və öz dininin müdafiəsi idealları formalaşıb..."
 
Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırov Rusiya Federasiyası subyektinin Təhlükəsizlik Xidmətinin ən gənc rəisi kimi Rusiyanın Rekordlar Kitabına salınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Kitabın baş redaktoru Stanislav Konenko məlumat verib. Məlumatı "kavkaz-uzel.eu" nəşri yayıb.
 
Qeyd edilir ki, oğul Kadırov bu vəzifəyə 15 yaşında, 2023-cü il noyabrın 5-də təyin edilib.
 
"Əlimdə saxladığım rekord sertifikatı bu gün verilməyib, buna baxmayaraq, biz uyğun məqamı gözləyirdik", - SİTA agentliyi Kitabın iltifatlı redaktorundan iqtibas gətirib.
 
"Beləliklə, Rusiya Federasiyası subyektinin Təhlükəsizlik Xidmətinin 16 yaşlı ən gənc rəisi Adam Ramzanoviç Kadırovun rəsmən qeydiyyatdan keçdiyini elam edirəm", - o, deyib.
 
Stanislav Konenko həmçinin Adam Kadırova Rekordlar Kitabını populyarlaşdırdığına görə medal təqdim edib. "Çox xöş təəssüratlarım var, - gənc rekordsmen özünün mükafata layiq görülməsini belə şərh edib. - Biz bununla kifayətlənmək niyyətində deyilik, daha çoxuna nail olmağı düşünürük".
 
Çeçenistan Respublikasının ilk prezidenti Ahmat Kadırovun Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində onun 2004-cü ildə həlak olmasınadək, heç demə, Ramzan Kadırovun özü olub və o qədər də səmərəli fəaliyyət göstərə bilməyib.
 
Bu vəzifəyə özünün kiçik yaşlı oğlunu təyin etməklə o, görünür, onu ozünün varisi qismində görür və analoji karyera pilləkəni üzrə irəliyə çəkir.
 
2023-cü ilin oktyabrından gənc Adam Kadırov təxminən on mükafat almağa müvəffəq olub. Bu mükafatlar arasında "Çeçenistan Qəhrəmanı" fəxri adı, "Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə", "Ümmət qarşısında  I dərəcəli", "Kabardin-Balkar Respublikası qarşısında xidmətlərinə görə", Tatarıstanın "Dostluq" ordenləri də var.
 
Xəbər verildiyi kimi, sentyabrın 26-da Ramzan Kadırovun özünün "Telegram-kanal"ında dərc etdiyi videoda onun 15 yaşlı oğlu Adamın İstintaq Təcridxanasında Volqoqradda kafedral məscid yaxınlığında Quranı yandırdığına görə həbs edilən 19 yaşlı Nikita Juravlyovu döyməsi görünür.  Kadırov o zaman bəyan edib ki, oğlunun davranışından məmnundur.
 
"Mübaliğəsiz deyirəm, bəli, mən Adamın hərəkəti ilə qürur duyuram. O, həmişə öz yaşıdları deyil, daha yaşlılar arasında böyümək istəyində olub, bunun sayəsində onda böyüklərə xas olan şərəf, ləyaqət və öz dininin müdafiəsi idealları formalaşıb. Onun seçiminə hörmətlə yanaşıram", - Ramzan Kadırov oğlunu belə təqdim edib.
Chosen
23
moderator.az

1Sources