EN

Özgür Özəl: Mən Prezidentliyə namizəd olmayacam

CHP sədri Özgür Özəl 2028-ci il seçkilərində prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandırıb. Özəl, "Növbəti seçkinin prezidentliyə namizədi mən deyiləm" deyə bildirib.

 Sherg.az xəbər verir ki, CHP sədri qeyd edib ki, həmişə addımlarını və verəcək qərarlarını ölçüb-biçir: “Qalib gələ biləcəyimiz seçkidə uduzmağımıza səbəb olacaq şeylər etməzdim. Mən öz namizədliyimi verməyəcəyəm və düzgün namizədin seçilməsinə mane olmayacağam”. 

Namizədin kimin olacağı ilə bağlı müzakirələrə də təpki göstərən Özəl, "Bu olacaq, o olacaq? Bu müzakirəyə alışan bizim təşkilatda belə mövzuların olmaması lazımdır" deyib.

TBMM Baş Assambleyasının yeni qanunvericilik ilinin açılış iclasında prezident Rəcəb Tayyib Ərdoğanı ayaq üstə salamlaması ilə bağlı tənqidlərə də cavab verən Özgür Özəl baş verənlərə reaksiyanı ölçmək üçün sorğu keçirəcəyini bildirib.
Chosen
15
sherg.az

1Sources