EN

Qazaxıstanda 14-cü yer

Qazaxıstanın Astana şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Denis Ten Memorialı başa çatıb.

İdman.biz xəbər verir ki, buz üzərində rəqslərdə mükafatçılar bəlli olub.

Azərbaycan idmançıları Maksin Ueterbi və Aleksandr Kolosovski sərbəst proqramda 80,63 xal toplayıblar. Onlar bu çıxışla 15-ci yeri tutublar.

Duetimiz iki hərəkətin cəmində 134,15 xal yığıb. Təmsilçilərimiz turnirin yekununda 14-cü olublar.

Qeyd edək ki, kişilərin yarışında təmsilçimiz Vladimir Litvintsev gümüş medal qazanıb.

Ä°dman.biz

Chosen
16
idman.biz

1Sources