EN

Bu ölkədə daşqınlar həyatı iflic etdi

Son illərin ən böyük sel fəlakəti ilə mübarizə aparan Bosniya və Herseqovinada xilasetmə qrupları Donja Jablanika kəndinə çatmaq üçün magistral yolları palçıqdan təmizləyib.

"Cebheinfo.az" xəbər verir ki, Bosniya və Herseqovina xəbər kanalı “N1 TV” daşqın zamanı 21 nəfərin öldüyünü, onlarla insanın isə itkin düşdüyünü bildirib.

Hazırda axtarış qrupları bölgədə işlərini davam etdirir.

Bosniya və Herseqovina axtarış-xilasetmə qruplarının sözçüsü isə təbii fəlakətlə bağlı bunları deyib: 

"Rayonda hələ də çata bilmədiyimiz kəndlər var. İşlərimiz davam edir".

Donja Jablanika kəndinin 62 yaşlı sakini Nezima Beqoviç həmin anları belə təsvir edib:

"Qışqırıq eşitdim, sonra ölü sükut çökdü".

Qeyd edək ki, Bosniya və Herseqovinada yerli seçkilər təbii fəlakət səbəbindən təxirə salınıb.

Mütəxəssislər belə fəlakətlərin daha tez-tez baş verməsinin səbəbinin qlobal istiləşmə olduğunu deyirlər.

Chosen
34
cebheinfo.az

1Sources