EN

Bu aviaşirkət təyyarəyə peycer götürməyi qadağan etdi

“Emirates” aviaşirkəti sərnişinlərə peycer və radio aparatlarını təyyarəyə götürməyi və ya baqaja təhvil verməyi qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Bildirilir ki, Dubaya, Dubaydan və ya Dubay üzərindən reyslərlə səyahət edən bütün sərnişinlərə əl yükü və ya baqajda peycer və radio aparatları daşımaq qadağan edilir. Əl baqajında ​​və ya baqajda ​​aşkarlanan bu cür əşyalar Dubay polisi tərəfindən müsadirə olunacaq.

Şirkətin bu qərarı Livanda rabitə qurğularının partladılması ilə əlaqələndirilir.

Xatırladaq ki, sentyabrın 17-18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb.


Müəllif: Teleqraf.com
Chosen
16
6
teleqraf.com

9Sources