EN

İsrail ordusu “Hizbullah”ın yeni liderini də öldürdü

Hizbullahın yeni lideri Haşim Səfi əd-Din İsrail ordusunun aviazərbələri nəticəsində öldürülüb.

Bu barədə “Al-Arabiya” bir neçə mənbəyə istinadən məlumat yayıb.

İsrail oktyabrın 4-də Beyrutun cənubuna hücum zamanı Hizbullahın yeni liderinin də olduğu bunkeri hədəf alıb.

İsrail rəsmiləri hücum zamanı Hizbullahın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə toplantı keçirdiklərini güman etdiklərini bildirmişdilər.

O da bildirilir ki, oktyabrın 4-dəki hücumlardan sonra Hizbullahın yeni lideri ilə əlaqə kəsilib.

Chosen
4
3
azpost.info

10Sources