EN

22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Bakı. Trend:

Bakı şəhərinin Suraxanı rayon prokurorluğu və rayon polisidarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilənkompleks istintaq və əməliyyat-axtarış tədbirləri, eləcə də,istintaq taktikasının düzgün tətbiqi nəticəsində 22 il əvvəl, yəni09.04.2002-ci il tarixdə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsiərazisində törədilmiş 1989-cu il təvəllüdlü, 13 yaşlı Z.D-nin(şərti) yaşadığı mənzildə zorakılıq hərəkətlərinə məruz qalması vəxüsusi amansızlıqla qəsdən öldürülməsi cinayətlərinin üstününaçılması təmin olunub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası BaşProkurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatıındadeyilir.

Toplanmış sübutlarla 1980-ci il təvəllüdlü M.E-nin (şərti) qeydolunan tarixdə yetkinlik yaşına çatmayan Z.D-yə qarşı zorakılıqhərəkətləri etməsinə, daha sonra isə Z.D baş verənlər barədəşikayət edəcəyini bildirdiyi üçün sonuncunun anası B.A ilə birgəçoxsaylı xəsarətlər yetirib başqa cinayəti gizlətmək və digərqanunsuz hərəkətlərlə əlaqədar xüsusi amansızlıqla qəsdənöldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

M.E və B.A cinayət törətməkdə şübhəli şəxs qismində tutularaq05.10.2024-cü il tarixdə Azərbaycan Respublikası CinayətMəcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6-cı (bir qrup şəxs tərəfindənxüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adamöldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbolunaraq, barələrində müstəntiqin vəsatətləri və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarları iləhəbs qətimkan tədbirləri seçilib.

Əvvəlki illərdən bağlı qalmış cinayət işləri daim diqqətmərkəzində saxlanılmaqla, cinayət əməlini törədən şəxslərin ifşaolunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlətqurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davametdirilir.

Chosen
31
49
az.trend.az

10Sources