EN

Binəqədidə neft tullantılarının axıdıldığı ərazi yanıb

Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

"Cebheinfo.az" APAy-a istinadən xəbər verir ki, yanğın Dağlar məhləsi kimi tanınan ərazidə qeydə alınıb. Yanğın nəticəsində neft tullantılarının axıdıldığı ərazi yanıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"Cebheinfo.az"

Chosen
6
3
cebheinfo.az

4Sources