EN

Bərdədə baş verən qəzanın TƏFƏRRÜATLARI məlum oldu

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsisində sürücü və piyadanın kimliyi məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Yevlax-Ağdam-Laçın avtomobil yolunun Yevlax rayon Malbinəsi kəndindən keçən hissəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Yevlax rayon Malbinəsi kənd sakini Hacıyev Pənah Elbrus oğlu idarə etdiyi 99-UC-920 dövlət qeydiyyat nişanlı "Kia Sorento" markalı minik avtomobili ilə hərəkətdə olan zaman Yevlax şəhər sakini 1961-ci il təvəllüdlü Cabbarov Rafiq Məlik oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Chosen
47
bizim.media

1Sources