EN

Qırğızıstan Ordusunun silah və hərbi texnikaları modernləşdirilib və yeniləri alınıb

2020-ci ildən indiyədək olan dövrdə Qırğızıstan Silahlı Qüvvələrdə aparılan islahatlar nəticəsində idarəetmə, qoşunların (qüvvələrin) döyüş qabiliyyətinin artırılması, qarşılıqlı fəaliyyətin təşkili, silah və hərbi texnikanın modernləşdirilməsi və alınması və s. həyata keçirilib.

Bu sözləri Qırğızıstanın müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov “Poliqon” jurnalına müsahibəsində söyləyib.

Müdafiə naziri bildirib ki, Qırğızıstan Respublikasının müdafiəsi sahəsində fundamental və konseptual sənədlərə dəyişikliklər edilib, yəni Qırğızıstanın Milli Təhlükəsizlik Konsepsiyası qəbul edilib.

“2021-ci ildə Qırğızıstan Respublikası Konstitusiyasının yeni redaksiyasının qəbulu ilə dövlət və hərbi idarəetmə sistemində dəyişikliklər, o cümlədən Müdafiə Nazirliyinin idarəetmə orqanlarını və tabeli strukturlarını özündə birləşdirən Müdafiə Nazirliyinin yenidən yaradılması həyata keçirildi. Əvəllər, bir neçə il iki ayrı idarə kimi Müdafiə İşləri üzrə Dövlət Komitəsi və Silahlı Qüvvələrin Baş Qərargahı fəaliyyət göstərirdi”, – deyə general-leytenant Baktıbek Bekbolotov vurğulayıb.

Chosen
21
poliqon.az

1Sources