EN

Şahin Diniyev qələbəni belə şərh etdi

Misli Premyer Liqasının 9-cu turunda "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edən "Səbail"in baş məşqçisi Şahin Diniyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "dənizçilər"in çalışdırıcısı belə danışıb:

"Oyun tam diqtəmizlə keçdi. Yalnız standart vəziyyətlərdə problemlərimiz olurdu. Onda da qapıçı və müdafiəçilərimiz etibarlı oynadı. Topa nəzarət edərək qol vəziyyətləri yarada bildik. "Qara zolaq"dan çıxmaq məni sevindirir. Yolumuza davam edəcəyik.

Diniyev hakimə çox etiraz etməsinin səbəbini belə izah edib: "Biz emosiyalara qapılmışıq. Demirəm, etdiyim hərəkətlərin hamısı düzdür. Futbol emosiyalar oyunudur. Sakit durub oyuna baxsan, alınmayacaq. Heç bir hakimlə intriqam yoxdur. Əliyar Ağayev oyunu normal idarə etdi".

O, "Kəpəz"in dünən Tovuzda "Neftçi"ni yenməsinin komandasına əlavə motivasiya verdiyini söyləyib: "Kəpəz" qalib gəlməklə xal fərqini 1-ə endirdi. Əlbəttə, qazandığımız qələbə bizi sonuncu yerdən bir az uzaqlaşdırdı. Amma bu, heç nə demək deyil. 3 xallıq çempionatda hər şey ola bilər. Fikrimcə, "Neftçi" bu durumdan çıxacaq. "Kəpəz"in qələbəsi bizi bir az da ruhlandırdı. Arxamızda nəfəs hiss elədik. Bu, bizim üçün çox böyük motivasiya oldu".

Chosen
14
9
fanat.az

10Sources