Rusiyalı məşhur hava gimnastı Valeriya Zapaşnaya Kemerovo Dövlət Sirkində çıxış edərkən qollarını sındırıb.
Publika.az xəbər verir ki, bu barədə təfərrüatları Rusiyanın Xalq artisti Edqard Zapaşnı öz "Telegram" kanalında bildirib .
O, idmançının çətin fənd etdiyini, nəticədə altı metr hündürlükdən yıxıldığını bildirib.
O qeyd odib ki, Zapaşnaya Kemerovodakı xəstəxanalardan birinə yerləşdirilib.