Bakı. Trend:
İran 2025-ci ilin mart ayının sonuna qədər yerli istehsal olanüç uzaqdan zondlama peykini orbitə göndərəcək.
Trend-in verdiyixəbərə görə, bu barədə “IRNA” agentliyi İranın Kosmik Agentliyininrəhbəri Həsən Salariyə istinadla məlumat yayıb.
Salari bildirib ki, “Kosvar,” “Tolo-3,” və “Zəfər-2” adlı bupeyklər 2025-ci il martın 20-dək orbitə buraxılacaq. Bu peyklərin,xüsusilə təbii fəlakətlər zamanı və yerüstü infrastrukturunişləmədiyi hallarda qərar qəbul etməni asanlaşdırmaq üçünməlumatların qəbulu və ötürülməsini təmin edəcəyi qeyd olunub.