EN

BİR AİLƏNİN ÜÇ ÜZVÜNÜ QANINA QƏLTAN ELƏDİ-DƏHŞƏT

Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.

Hadisə Buzovna qəsəbəsində qeydə alınıb. 

Belə ki, naməlum şəxs və ya şəxslər fərdi yaşayış evində Qurban Məlikov, onun həyat yoldaşı Könül Qurbanova və oğlu Məzahir Qurbanovu bıçaqlayıb.

Çoxlu qan itirən Q.Məlikov ölüb. Ana və oğul Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda hadisənin səbəbləri araşdırılır.//APA


Chosen
10
6
azia.az

8Sources