EN

Tunisdə prezident seçkiləri keçiriləcək

Bazar günü Tunis Respublikasında növbəti prezident seçkiləri keçiriləcək. 

"Operativ Media" TASS”a istinadən xəbər verir ki, sayları 10 milyona yaxın olan ölkə vətəndaşları 9000-dən çox seçki məntəqəsində prezident seçkilərində iştirak etmək hüququ olan üç namizəddən birinə səs verə biləcəklər.

Müstəqil Ali Seçki Qurumunun məlumatına görə, seçki günü seçki məntəqələri yerli vaxtla saat 8:00- 18:00 aralığında fəaliyyət göstərəcək. 

Səsvermənin ilkin nəticələrinin oktyabrın 7-də axşam açıqlanacağı gözlənilir.

Chosen
2
1
operativmedia.az

2Sources