EN

AHİK-də tələbə gənclərlə görüş keçirilib

Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasında (AHİK) ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının fəal tələbələri və həmkarlar ittifaqlarının nümayəndələri ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə gənclərə AHİK-in üzv təşkilatı Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı (FHNİHİ) tərəfindən hazırlanmış “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitab da təqdim edilib.

Tədbirdə çıxış edən FHNİHİ sədri Mehman İsmayılov gənclərə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə qazandığımız Zəfərdən söhbət açıb. Bildirib ki, Azərbaycan xalqı Vətən müharibəsində 3 – döyüş meydanı, diplomatiya və informasiya istiqamətdində mübarizə aparırdı. Onun sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü düzgün və preventiv siyasət nəticəsində biz haqq səsimizi dünyaya çatdıra bildik və aparıcı qüvvələr Azərbaycanın bu mübarizədə haqlı olduğunu qəbul etməli oldular.

Mehman İsmayılov Azərbaycan Prezidentinin həmin dövrdə dünyanın 11 aparıcı ölkəsinin 26 mediasına müsahibə verdiyini xatırladaraq jurnalistlərin suallarını faktlar əsasında, haqlı mövqeyimizi layiqincə müdafiə edərək cavablandırdığını bildirib.

Chosen
21
ikisahil.az

1Sources