EN

SAXAL Qəzzada yeni əməliyyata başladığını elan edib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində yeni əməliyyata başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə SAXAL-ın teleqram kanalı məlumat yayıb. 

Məlumata görə, qəsəbə ərazisində fələstinli döyüşçülərin infrastrukturun mövcudluğu qeydə alınıb. Ordu nümayəndələri həmçinin Fələstinin HƏMAS hərəkatının bu sahədə əməliyyat imkanlarını bərpa etmək niyyətində olduğunu vurğulayıblar.

“401-ci və 460-cı briqadaların qoşunları ərazini uğurla mühasirəyə alıb və hazırda orada fəaliyyətini davam etdirir”, - deyə məlumatda bildirilir.

Hərbçilərin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri artıq onlarla hərbi obyekti məhv edib. Bunlara silah anbarları, yeraltı infrastruktur və hücrələr daxildir.

Bundan əvvəl Livanın “Al Mayadeen” telekanalı İsrail Müdafiə Qüvvələrinin son bir neçə saat ərzində Qəzza zolağına 60-dan çox hava hücumu həyata keçirdiyini bildirib.

Chosen
19
6
iqtisadiyyat.az

7Sources