EN

İsrail yaxın saatlarda İranı vura bilər

İsrailin Kanal 14-ün “Amerika mənbələrinə” görə, İsrail yaxın saatlarda İrana cavab zərbələri endirəcək.

“Bir sıra qeyri-hökumət təşkilatları, Amerika mənbələrinə görə, İsrailin yaxın gələcəkdə İrana hücum edə biləcəyi ilə bağlı xəbərdarlıq alıb”, – deyə telekanal bildirir.

İrandan İsrailə cavab olaraq ballistik raketlərin buraxılması ehtimalının da olduğu bildirilir.

“Military Chronicle” İranın ölkənin qərbindəki hava məkanını oktyabrın 9-dək bağladığını yazıb.

“The Guardian” yazır ki, İsrail HƏMAS-ın hücumunun ildönümü olan oktyabrın 7-nə kimi İrana qarşı cavab tədbirləri görməyə hazırlaşır . Cavab zərbəsinin “ağır və əhəmiyyətli” olacağı gözlənilir.

Mənbə Kanal 14

Chosen
16
dogru.az

1Sources