EN

İsmayıl Qaani tapılmır, öldürülüb? - İddia

Şənbə günü İranın İsraildən əks-zərbə gözlədiyi vaxt yüksək rütbəli iranlı məmurlar və KİV nümayəndələri eyni sualı verdilər - SEPAH-ın Qüds qanadının komandiri İsmayıl Qaani haradadır?

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.

Nəşr bildirib ki, İranın rəsmi şəxsləri bu suala hələ də dəqiq cavab verməyiblər.

“İctimaiyyət generalımızın sağ-salamat olması xəbərini gözləyir”, - “Tabnak” nəşri yazıb.

Qeyd edək ki, İsrailin Beyruta hücumları zamanı SEPAH-ın Qüds qanadının komandiri İsmayıl Qaaninin yaralandığı ilə bağlı məlumat yayılmışdı. Qüds briqadası da generalın harada olması ilə bağlı heç bir açıqlama verməyib.

Chosen
2
3
axar.az

8Sources