EN

Sumqayıtda 23 yaşlı gənc faciəvi şəkildə öldü

Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub...

Poliqon APA-ya istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş "Alüminum zavodu" ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vurub.

23 yaşlı gənc hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info 

Chosen
19
29
poliqon.info

10Sources