EN

Qadınları öldürən xərçəngin peyvəndi hazırlandı

Yumurtalıq xərçənginin ən erkən mərhələlərində bədxassəli hüceyrələri müəyyən  və məhv etmək üçün immunitet sistemini öyrədə bilən peyvənd hazırlanıb.  

“OvarianVax” adlı peyvəndi Oksford Universitetinin alimləri hazırlayıblar.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Britaniyanın xərçəng araşdırmaları təşkilatı – “Cancer Research UK” məlumat yayıb.

Yumurtalıq xərçəngi qadınlarda xərçəngin ən təhlükəli formalarından biri hesab olunur. Statistikaya görə, xəstələrin təxminən üçdə ikisi diaqnoz qoyulan bir il ərzində ölür. Böyük Britaniyada hər il təxminən 7500 yeni xəstəlik diaqnozu qoyulur ki, bu da onu ölkədə qadınlar arasında ən çox görülən 6-cı xərçəng halına gətirir.

Bu xəstəliyə qarşı mübarizə çərçivəsində Britaniya alimləri “OvarianVax” peyvəndi hazırlayıblar. Tədqiqatçılar xərçəng hüceyrələrinin erkən mərhələlərində aşkar edilən zülalları təhlil ediblər. Nəticədə laboratoriyada immun sistemini ən yaxşı şəkildə aktivləşdirən və şiş hüceyrələrini effektiv şəkildə məhv edənləri müəyyən ediblər. “OvarianVax” peyvəndi bu zülallar əsasında işləyir.

Elmi qrup qeyd edib ki, “OvarianVax”-ın təsir mexanizmi uşaqlıq boynu xərçəngini aradan qaldırmağa kömək edəcəyi gözlənilən insan papillomavirusu peyvəndi ilə oxşardır.

Hazırda laboratoriya tədqiqatları son mərhələdədir. Tamamlandıqdan sonra elm adamları insanlar üzərində klinik sınaqlara keçəcəklər. İlk növbədə, onlar vaksini yumurtalıq xərçəngi riski yüksək olan qadınlarda sınaqdan keçirmək istəyirlər.

Chosen
42
cebheinfo.az

1Sources