EN

Türkiyəli forvard İspaniyada qol hesabını açdı

İspaniya çempionatının 9-cu turunda ''Xetafe'' öz meydanında ''Osasuna'' ilə qarşılaşdı.

Madrid təmsilçisi 21-ci dəqiqədə Bertuğ Yıldırımın qolu ilə hesabda önə keçdi. Bununla da Türkiyə yığmasının üzvü İspaniya karyerasında qol hesabını açmış oldu. 22 yaşlı forvard La Liqada 7-ci oyunda ilk qolunu vurdu. Ancaq Bertuğun qolu qələbə üçün kifayət etmədi. Ötən tur ''Barselona''ya 4 qol vuran ''Osasuna'' bu dəfə fasilədən sonra Ante Budimir ilə bərabərlik qolunu vuraraq aktivinə 1 xal yazdı.

Qeyd edək ki, Bertuğ müqavilə ilə ''Renn''ə məxsusdu və ''Xetafe''də icarə əsasında çıxış edir. Madrid təmsilçisi gələn yay onu transfer etmək istəsə, fransızlara 5 milyon avro ödəməli olacaq.

ƏLİ

Chosen
46
football-plus.az

1Sources