EN

Türkiyədə güclü ZƏLZƏLƏ OLDU

Türkiyənin Çanaqqala şəhərinin sahilində 4,2 maqnitudalı zəlzələ olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Ayvacık rayonundan 52,08 km məsafədə – Egey dənizində qeydə alınıb. Agentliyin verilənlərinə görə, zəlzələnin ocağı 24,16 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Chosen
45
19
operativmm.az

10Sources