EN

Şəmkirdə 35 yaşlı kişi Kür çayında boğulub

Şəmkirdə 35 yaşlı kişi Kür çayında boğulub.

"Report"un Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev çayın rayon ərazisindən keçən hissəsində batıb.

Onun meyiti tapılaraq ailəsinə təhvil verilib. Qeyd edək ki, Z.Abdullayev çayda balıq tutan zaman ehtiyatsızlıqdan suya yıxılıb.

Chosen
15
9
demokrat.az

10Sources