Fələstinin "İslami Cihad" radikal təşkilatı İsrailin cənubundakı Aşkelon şəhəri və ətrafının atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
"Operativ Media" xəbər verir ki, Müvafiq bəyanat hərəkatın hərbi qanadı - Saraya əl-Qüds qrupunun rəsmi Telegram kanalında dərc olunub.
Mətndə deyilir: “Biz Aşkelon və Qəzza zolağı ilə sərhəddə yerləşən digər İsrail yaşayış məntəqələrinə raket hücumu həyata keçirdik."
Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb.