EN

Əvəzedicilər Liqasında ilk dövrəyə yekun vuruldu

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 9-cu tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Səbail”lə “Şamaxı”nın əvəzediciləri arasındakı oyun qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

Üç qolun qeydə alındığı “Sabah-2” – “Araz-Naxçıvan-2” oyununda isə meydan sahibləri qələbə qazanıblar.

Bununla da əvəzedicilərin çempionatında ilk dövrəyə yekun vurulub.

Əvəzedicilər Liqası
9-cu tur
5 oktyabr

“Turan Tovuz-2” – “Zirə-2” 4:1
Qollar: Cavid Qasımov, 20. Elçin Qasımov, 45+2; 56; 70 – Əmirhüseyn Qomar, 90+4.
Hakimlər: Nicat İsmayıllı, Rəhman Aslanov, Vüqar Bayramov, Sərxan İsmayılov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

“Kəpəz-2” – “Neftçi-2” 1:2
Qollar: Nicat Məmmədov, 57 – Cavanşir Şahbazlı, 10. İbrahim Novruzov, 45+1.
Hakimlər: Əkbər Əhmədov, Asiman Əzizli, Teymur Teymurov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Sumqayıt-2” – “Qarabağ-2” 2:0
Qollar: Xəyal Ələkbərov, 21-öz qapısına. Nihad Əliyev, 76-öz qapısına.
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Kərim Zeynalov, Səbuhi Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

6 oktyabr

“Səbail-2” – “Şamaxı-2” 0:2
Qollar: Nicat Xasıyev, 65. Ramin Əhmədov, 79.
Hakimlər: Rauf Allahverdiyev, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Bayıl Arena”, 15:00.

“Sabah-2” – “Araz-Naxçıvan-2” 2:1
Qollar: Seymur Məmmədov, 56. Oluvaseun Timilehin, 66 – Elcan Məmmədov, 16-pen.
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “ASK Arena”, 16:00.

Chosen
5
1
arena.az

7Sources