EN

WADA Sinnerdən əl çəkən deyil

Ümumdünya Antidopinq Agentliyi (WADA) antidopinq qaydalarını pozduğuna görə italiyalı tennisçi Yannik Sinnerin diskvalifikasiyasına nail olmağı planlaşdırır.


Xatırladaq ki, avqustda Sinnerin dopinq-testi yoxlanılarkən qanında anabolik vasitə olan klostebol aşkarlanmışdı. Müstəqil tribunal yasaq maddənin tennisçinin orqanizminə yaraların müalicəsi zamanı istifadə olunan sprey vasitəsilə düşdünüyü müəyyənləşdirmişdi. Həmin spreyi isə Yannik üçün fitnes üzrə məşqçisi almışdı. Həmin məşqçi əlcəksiz Sinneri də masaj etmişdi. Ünlü tennisçi qalmaqaldan sonra məşqçisi və fizioterapevti ilə əməkdaşlığı dayandırıb.

Chosen
48
football-plus.az

1Sources