EN

“Mənim üçün də maraqlıdı ki, niyə ikinci hissədə rəqibə bu qədər rahat oynamağa imkan verdik?” – Rəşad Sadıqov

Misli premyer-liqasının 9-cu turunda "Turan Tovuz” evdə "Zirə"ni 1:0 hesabıyla məğlub etdi. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovjurnalistlərin suallarını cavablayıb:

- İki fərqli hissənin şahidi olduq. Birinci hissədə üstün tərəf biz idik. Fasilədən sonra isə rəqib daha yaxşı idi. Qol epizodlarında bəlkə də bərabərlik var idi. Sonda rəqib standart vəziyyətdən fərqləndi və vacib qələbə qazandı. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz isə təhlil edəcəyik ki, niyə ikinci hissə bu qədər zəif keçdi, rəqibə bu qədər rahat oynamağa imkan verdik. Yetərincə vaxtımız olacaq ki, ikinci hissədə oynadığımız futbolu təhlil edək.


- İlk hissədəki tempi saxlamağa nə çatmadı?
- Mənim üçün də maraqlıdı ki, niyə ikinci hissədə rəqibə bu qədər rahat oynamağa imkan verdik? Pressinqi aşağı saldıq, dinamikamız aşağı düşdü, çoxsaylı top itkiləri oldu. Top itkilərinin bəziləri süni ot örtüyü ilə bağlı idi. Futbolçularımız heç cür bu stadiona uyğunlaşa bilmirdi.

- İkinci qoldan sonra emosional davrandız. Şəhriyar Əliyevlə aranızda nə baş verdi ki, Rəşad Sadıqov çılğın reaksiya verdi?
- Ümumiyyətlə, mənim atdığım hər addım çox şərh olunur. Bəlkə də ən sakit oyunlarımdan biri idi. Kurban Berdıyevi təbrik etdim, daha sonra içəri girdim və gördüm ki, futbolçular bir istiqamətə qaçdı, onları ayırdım, sakitləşdirdim. Şəhriyara da bildirdim ki, qələbə qazanmısız, təbrik edirik, bu şeylərə, iki komandanın “qırmızı” almasına nə ehtiyac var?

- Tyaqo Silvanın durumu nə yerdədi?
- Aydın Bayramov özünü yaxşı tərəfdən göstərir. Tyaqo bu gün sağlam olsaydı belə, qapıda yenə Aydın olacaqdı.

- Milli fasilə ilə bağlı planlarınız necədi?
- Həmişə olduğu kimidi. Futbolçulara üç gün istirahət verəcəyik. Oktyabrın 20-də "Sabah"la oyunumuz var. Ona hazırlaşacağıq. Üst-üstə bizi səfər oyunları gözləyir, hamısı da iddialılardı.

- Qoldan sonra gərginlik yaşanmışdı. Etirazınız nəyə idi?
- Epizodu görməmişdim. Baxanlar bildirdilər ki, rəqib blok qoyur. Əvvəllər "Sabah" bloklardan çox istifadə edirdi. İndi isə "Turan Tovuz" daha çox istifadə edir. Hakimlərdən maraqlanmışam. Çox xahiş edirəm onlardan, desinlər ki, blok icazəlidi, ya yox? Soruşmuşam, dəfələrlə də deyilib ki, blok qoymaq icazəli deyil. Amma rəqibimiz cinah asmalarında da blok qoyurdu, kornerlərdə də. VAR isə buna müdaxilə etmir. Həmin epizodda görməmişəm, bilmirəm blok var idi, ya yox. Amma məşqçilərimiz ona etiraz edirdi. Böyük ehtimalla təmiz qol idi. Nəsə olsaydı, VAR-dan geridönüş olardı. Amma ümumən deyirəm ki, blokla bağlı hakimlərimiz tədbir görsün. Blok qoymağa icazə verilmirsə, klublara bildirilsin. Olsa belə, VAR-dan bildiriş gəlsin. Yoxdusa, biz də qoyaq. Bəzi komandalar edir, bəziləri etmir. Soruşuruq, deyirlər ki, cərimə zərbəsidi, olmaz. Əvvəllər mübahisəli epizodlara tez-tez baxırdıq "aypəd" vasitəsilə. Son vaxtlar baxmıram, çünki ara yerdə adam stress, əsəb keçirir. Bəlkə də hakim haqlıdı, sən orada başqa cür görürsən.

ƏSƏD SEYİDOV
Chosen
6
7
football-plus.az

8Sources